MOBİL FİLMƏ TƏLƏBLƏR

  • xronometrajı:
    – Bədii film: 5 dəqiqəyədək;
    – Sənədli film: 10 dəqiqəyədək;
    – Sosial çarx: 3 dəqiqəyədək.
  • formatı: .mov, .mp4;
  • minimal ekran ölçüsü: 1080p Full HD;
  • film horizontal formada – 16:9 nisbətində çəkilməlidir;
  • faylın adında filmin adı ilə yanaşı iştirakçının da adı qeyd edilməlidir. Məs.: “Sevgi-Tural Ismayilov.mp4”
  • film azərbaycan dilində olmadığı təqdirdə, azərbaycan dilində subtitrlər filmə əlavə olunmalıdır;
  • iştirakçı filmin öz müəllif işi olmasına, hər-hansı müəllif hüquqlarının pozulmamasına zəmanət verir və buna görə məsuliyyəti iştirakçı daşıyır;
  • filmdə Qanunvericiliyə zidd olan; dini, irqi, milli ayrıseçkiliyi təbliğ edən; senzuradan kənar ifadələri və pornoqrafik materialları əks etdirən məzmun qadağandır;
  • film üçün mobil telefona çəkilmiş videolar, screen-lər, çəkiliş arxası materiallar və s. sübutlar filmlə birlikdə təqdim edilməlidir.

MÜNSİFLƏR HEYƏTİ

Qarşılayın! Onlar sizin filmlərinizi qiymətləndirirlər.

  • Akademik Rus Dram Teatrının rejissoru, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının üzvü. “İlin ən yaxşı rejissoru” və “İlin ən yaxşı klipi” nominasiyalarında “Humay”,  “İlin ən yaxşı klipi” nominasiyasında “Qrand”, “Ən yaxşı debüt” nominasiyasında “Qızıl Pəri” mükafatlarının sahibi.

    Emin Mirabdullayev

  • Dərviş Prodüser Mərkəzinin direktoru, Azərbaycan Gənc Film İstehsalçıları Assosiasiyasının sədri, Cənubi Qafqaz Müstəqil Kinematoqrafçılar Assosiasiyasının həmtəsisçisi, “Fokus” analitik kino jurnalının naşirlərindən biri, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi.

    Əli İsa Cabbarov

  • 9. Ruyeş Beynəlxalq Film Festivalının “Müsəlman ölkələri” proqramında baş mükafatı qazanmış “YOL” filminin rejissoru, prodüseri. “ŞEKSPIR”, “İSTIQLALİYYƏT” filmlərinin baş prodüseri. Müxtəlif Beynəlxalq Film Festivallarının münsifi. Baku International Short Film Festivalın və “ÖZ FİLM ”-in direktoru.

    Fehruz Şamıyev

  • Aktrisa, prodüser. “SFN” film Production-ın təsisçisi, müxtəlif film və seriallarda aktrisa, “Simurq”, “Simurq 2”, “Vətəndaş A” filmlərinin, bir çox reklam və sosial çarxların prodüseri.

    Sevinc Əliyeva

  • Kann Film Festivalının “Cinefondation Residency” ssenari inkişafı platformasına Azərbaycandan seçilmiş ilk layihə olan “Məhbus” tammetrajlı filminin müəllifi. İki ölkə Almaniya-Fransa istehsallı, ARTE ZDF və CNC tərəfindən dəstəklənmiş “Kinomexanikin qayıdışı” tammetrajlı docu-fiction janrında olan filmin rejissoru.

    Orxan Ağazadə